Təlim-məşq toplanışını Bakıda keçirən AZAL klubu dünənki istirahətdən sonra yenidən bir araya gəlib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "təyyarəçilər" bu gündən Azərbaycan Premyer Liqasının XIX turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verib.
Bütün futbolçuların qatıldığı məşqin əvvəli fiziki hazırlığın artırılmasına yönəlib. Hazırlığın sonunda isə futbolçular müxtəlif oyun komponentləri üzərində çalışıblar.
Qeyd edək ki, AZAL – “Neftçi” oyunu yanvarın 31-də, “AZAL Arena”da keçiriləcək.