“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının məşqçi müəllimləri - İdman ustası Xəyal Zeynalov və Tariyel Hüseynov qapıçılarla təlimləri davam etdirir.
Sportarena.az xəbər verir ki, havanın soyuq keçməsinə baxmayaraq "Gənc Aslanlar" məşqlərə həvəslə qatılırlar. Hazırlıq prosesini əsasən Gəncə şəhər Mərkəzi stadionun yardımçı meydaçasında keçirlər. Bundan başqa mərkəzin inzibati binasında həftədə bir dəfə seminar təşkil olunur. Burada qapıçının əsas vəzifələri izah edilməklə yanaşı, video çarxlar da nümayiş olunur. Onlara həmçinin psixoloji dərslər keçirilir.
Gənc mütəxəsis Xeyal Zeynalovun verdiyi məlumata görə qapıçılarla xüsusi məşqlərin yaradılmasını müsbət dəyərləndirib və artıq faydasını gördüklərini də vurğulayıb. Buna misal olaraq AFFA-nın təşkil etdiyi U-12 liqasında Qərb-Gəncə regionu üzrə düzənlənən yarışda qapıçıların fərqlənməsidir. Belə ki, TİM (Gəncə) komandasının çərçivə qoruyucusu Elgün Bayramov rəqib futbolçularının qol sevincini ürəyində qoyub. Onun sayıqlığı nəticəsində komandası liderliyi ələ keçirib. Filialın daha bir yetirməsi elə həmin liqada çıxış edən Elmir Bayramov da komandasının uğurunda böyük pay sahibi olub. İkinci pillədə gedən TİM kollektivi 40 qol vurduğu halda üçünü öz qapısından buraxıb. Gənc çalışdırıcı həmçini qeyd edib ki, bundan sonra daha da istəklə çalışacaqlarını və bundan böyük nəaliyyətlər qazanacaqlarına inandığını bildirib.