"Xəzər Lənkəran" FİFA-ya şikayət məktubu göndərdi

14:31 27 Yanvar 2015

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanov klubun ona borclu olduğunu bildirərək, FİFA-ya şikayət məktubu göndərmişdi. Məktubda o, klubdan 3 aylıq alacağını olduğunu və bu məbləği ala bilmədiyini göstərmişdi.

 

Lakin son məlumata görə, Lənkəran klubu futbolçunun ittihamları qəbul etmir.

 

Əksinə, "Xəzər Lənkəran" özü İvanovdan şikayətmidir. Cəbunlular iddia edir ki, bolqarıstanlı futbolçu icazəsiz olaraq klubun düşərgəsini tərk etdiyi üçün cəzalandırılmalıdır. Artıq bütün lazımı sənədlər, faktlar toplanılıb və FİFA-ya göndərilib. (rekord)


Digər xəbərlər

Xəbər xətti