Qış təlim-məşq toplanışının ilk mərhələsini paytaxtda reallaşdıran “Rəvan” hazırlığı əyalətdə davam etdirəcək.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, birinci divizionun ikinci dövrəsinə səylə hazırlaşan “aslanlar” bu gün Salyan şəhərinə yollanıblar.
Salyan Olimpiya Kompleksində məskunlaşacaq komanda fevralın 7-dək orada çalışmalarını sürdürəcək. Təlim-məşq toplanışının ikinci mərhələsində əsasən texniki-taktiki hazırlığa önəm veriləcək. Həmçinin 4 yoxlama oyunu nəzərdə tutulub ki, sınaqçı rəqiblər qarşıdakı günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, “Rəvan” hazırlığın ilk mərhələsində 3 yoxlama oyunu keçirib. “Qaradağ Lökbatan”la bərabərə qalan (2:2) “aslanlar”, “Ağsu” (6:4) və “Şahdağ”ı (4:1) məğlub edib.