Türk futbolçu Mourinyo ilə dalaşdı - FOTO

12:24 28 Yanvar 2015

Dünən İngiltərə Liqa Kubokunda “Çelsi” və “Liverpul” komandaları üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, “zadəganlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşma qalmaqallı anlarla da yadd qalıb. 
 

 

Belə ki, matçın 11-ci dəqiqəsində “mersisaydlar”ın yarımmüdafiəçisi Emre Canın ayağına basan Diego Koşta ilə türk əsilli futbolçu arasında mübahisə yaşanıb. Bu zaman araya girən “Çelsi”nin çalışdırıcısı Joze Mourinyo Emreni davaya təhrik edib. Türk futbolçu da portuqaliyalı mütəxəssisin üzərinə yeriyərək ona cavab verib. Lakin digər futbolçuların araya girməsindən sonra tərəflər sakitləşib.


Xəbər xətti