Xəbər verdiyimiz kimi, İnterAz televiziyasında "Arena" verilişinin növbəti buraxılışının çəkilişi reallaşıb.
Sportarena.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları "Neftçi"nin baş məşqçisi Arif Əsədov və rekord.az saytının redaktoru Anar Xanlarov olub. Verilişdə komandaların Antalyadakı toplanışlarından söz açılıb. Anar Xanlarov veriliş ərzində "Xəzər-Lənkəran"ın gəncləşdirmə siyasətinə toxunaraq Elbrus Məmmədovun komandaya baş məşqçi təyin olunmasını düzgün addım hesab edib :
"İndiki halda Elbrus Məmmədovun "Xəzər-Lənkəran"a baş məşqçi təyin olunması düzgün addımdır, çünki komandaya əvəzedici heyətdən xeyli futbolçu cəlb olunub. Elbrus Məmmədov da bu futbolçuların hamısını tanıyır. Baş məşqçi vu futbolçularla qış çempionu da olub".