"Neftçi"nin baş məşqçisi Arif Əsədov İnterAz televiziyasının "Arena" verilişində qonaq olub.
Sportarena.az xəbər verir ki, çalışdırıcı veriliş zamanı İqor Ponomoryovun "Neftçi"yə baş məşqçi gətiriləcəyi ilə bağlı xəbərə münasibət bildirib :
"Belə bir xəbəri mətbuatdan oxumuşam, amma bu xəbər yalandır. Klub rəhbərliyi etimad göstərərək məni komandaya baş məşqçi təyin edib və qarşımıza hədəflər qoyulub. Mən əvvəl də "Neftçi"də baş məşqçi işləyəndə belə xəbərlər yayılırdı. Amma yenə deyirəm ki, Ponomoryovun "Neftçi"yə baş məşqçi kimi gəlməsi yalan xəbərdir".