"Sumqayıt"dan ayrılan futbolçu Almaniya klubu ilə anlaşdı

14:00 28 Yanvar 2015

"Sumqayıt"dan ayrılan Kiyan Soltanpur özünə yeni klub tapıb. Milliləşdirilmiş futbolçumuz karyerasını yenidən Almaniyada davam etdirəcək.

 

Belə ki, 26 yaşlı hücumameylli yarımmüdafiəçi Berlinin "Viktoriya" klubuna keçib. Kiyan yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.

 

Qeyd edək ki, Soltanpur "Sumqayıt"da 12 oyun keçirib, 519 dəqiqə oynayıb və 3 qol vurub. Milliləşdirilən legioner yığmamızın təlim-məşq toplanışına dəvət olunsa da, rəsmi matçlarda meydana çıxmayıb. O, əvvəllər Almaniyanın "Union Berlin" (II komanda), "Borussiya" (Dortmund, II komanda), "Saarbrükken" və "Berliner AK" klublarında çıхış edib.


Digər xəbərlər

Xəbər xətti