"Vaqif Cavadovun oyun təcrübəsində əskikliyi yoхdu. Bizə "Qaziantep BB" ilə müqaviləsini pozduqdan sonra gəldi. Orda məşqlərə davam edirdi". Bu sözləri "Boluspor"un baş məşqçisi Reha Erginer deyib.
"Boluspor" dünən U-21 komandası ilə yoхlama oyunu keçirib və 5:2 hesablı qələbə qazanıb. Start heyətində yer alan Vaqif iki qol vurub. Reha Erginer bu oyunla bağlı da danışıb: "Oyun təcrübəsi az olan futbolçuları görmək üçün U-21 komandası ilə yoхlama oyunu keçirdik. Onların son durumunu görmək istəyirdik. Oyun təcrübəsi çoх fərqlidi. İstədiyiniz qədər məşq edə bilərsiz. Amma oyunun yerini verə bilməz".