AZAL Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir.
Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun başçılıq etdiyi komandada zədəli futbolçu olmasa da, Oskar Klava ilə Eduardo sarı vərəqə limiti doldurduğuna görə, bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, AZAL - "Neftçi" oyunu yanvarın 31-də "AZAL Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək.