“Muarem Muaremin transferindən imtina etdik. Bunun səbəbi isə “Qarabağ”ın futbolçuya görə istədiyi pulun miqdarının azaltmaması oldu”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Əskişəhərspor” klubunun vitse-prezidenti Ahmet Yalçın deyib.
Klub rəsmisi “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremi 6 ay sonra müqaviləsi bitdikdə transfer etmək istədiklərini bildirib: “6 ay sonra Muaremi transfer edəcəyik. İnanıram ki, müqaviləsi bitəndən sonra o bura gələcək və bizə kömək edəcək. Hazırda isə bu məsələ ilə bağlı danışıqlar dayandırıldı”.