Türkiyə kubokunun qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” növbəti matçına çıxıb. Öz meydanında Superliqa klubu “Akhisar BB” ilə qarşılaşan manisalılar oyundan 1:1 hesablı sülhlə ayrılıb. Start heyətdə meydana çıxan Subaşiç 46 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Manisaspor” 5 oyundan sonra 4 xalla B qrupunda sonuncu pillədə qərarlaşıb.