Azərbaycan millisinin futbolçusu Almaniya klubunda

19:46 29 Yanvar 2015

Azərbaycan millisinin futbolçusu Kiyan Soltanpurun yeni komandası bəlli olub. 

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək. Yarımmüdafiəçi “Viktoriya” klubu ilə anlaşıb. Kiyanın yeni komandası Regionalliaqa Şimal-Şərq zonasında çıxış edir.

 

2014-cü ildə “Berliner”dən “Sumqayıt”a transfer olunan almaniyalı 11 matçda 2 qol vurub. Milliləşdirilən legioner yığmamızın təlim-məşq toplanışında iştirak etsə də, rəsmi matçlarda meydana çıxmayıb.


Digər xəbərlər

Xəbər xətti