"Qəbələ" istədi, "Metallist" aldı - FOTO

13:00 30 Yanvar 2015

“Qəbələ”nin maraq dairəsində olan daha iki ukraynalı futbolçunun yeni klubu məlum olub.

Sportarena.az xəbər verir ki, “Çernomorets”in yarımmüdafiəçiləri İvan Bobko və Kirill Kovalçuk Ukraynada qalmağı qərara alıblar.

Baş məşqçi Roman Qriqorçukun özü ilə “Qəbələ”yə gətirmək istədiyi həmin futbolçular “Metallist”lə anlaşıblar. Yeni klubunda 5 nömrəli formanı geyinəcək Kovalçuk 2,5 illik, 9 nömrəni seçən Bobko isə 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Qəbələ” bu qış “Çernomorets”dən Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və Mixail Sivakovu transfer edib.

 


Digər xəbərlər

Xəbər xətti