“Qəbələ”dən mənə zəng gəlmişdi. Amma seçimi “Metallist”in xeyrinə etdim. Fikrimcə, bu, mənim karyeramda irəliyə atılmış addımdı”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Çernomorets”dən “Metallist”ə keçən Kirill Kovalçuk deyib.
“Metallist”lə rəsmi müqavilə bağladıqdan dərhal sonra yerli mətbuata müsahibə verən təcrübəli yarımmüdafiəçi “Qəbələ”yə keçməməsinin səbəbini də izah edib: “Xarkov klubuna keçməyimin əsas səbəbi budu ki, burda oynayarkən millinin məşqçilər korpusunun gözü önündə olacam. Ukrayna millisində çıxış etmək mənim üçün çox vacibdi. Azərbaycan və ya Özbəkistana getsəydim, belə bir şansım olmayacaqdı. Çünki bu çempionatlardan Ukrayna millisinə oyunçu çağırmırlar”.
Qeyd edək ki, “Qəbələ”nin transfer etmək istədiyi Kirill Kovalçuk bu gün “Metallist”lə 2,5 illik müqavilə bağlayıb.