Yanvarın 29-da Xırdalan şəhərində yerləşən idman zalında faciəvi hadisə baş verib.
Sportarena.az Lent.az-a istinadən xəbər verir ki, şəhər sakini Zabit Babayev işlədiyi idman zalında infarktdan ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Z.Babayev “Sakura” Karate-Do klubunun prezidentidir. O, həm də ictimai fəaliyyəti ilə tanınıb.