Qış “transfer pəncərəsi”ndə elə də fəallıq göstərməyən “Sumqayıt” heyətinə yeni oyunçu qata bilər.
Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın və Ukraynanın “Dnepr” klubunun üzvü Bayram Budaqov “gənclik şəhəri” təmsilçisinin düşərgəsinə cəlb olunub.
“Sumqayıt”ın heyətində məşqə çıxan 21 yaşlı hücumçunun komandada qalıb-qalmayacağı dəqiq bilinmir. Baş məşqçi Aqil Məmmədov onunla bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Budaqov baxışdan uğurla keçə bilsə, “Sumqayıt”la rəsmi müqaviləyə qol çəkəcək.