Nurlan Novruzov : "Qəbələ"də ehtiyat ediləsi futbolçu yoxdur

15:45 30 Yanvar 2015

“Qəbələ” ilə oyuna yaxşı hazırlaşırıq. Əlimizdən gələni edəcəyik. Həmişəki kimi əzmkar mübarizə aparacağıq. Öz meydanımızda oynayacağımızdan, qələbə qazanmaq şansımız da var”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Nurlan Novruzov deyib.

Qış fasiləsinə 9-cu pillədə yollanan “Bakı” çempionatın ikinci yarısına “Qəbələ” ilə görüşlə start verəcək. Novruzovun sözlərinə görə, paytaxt klubu bu görüşdən 3 xalla ayrılmaq iqtidarındadı.

“Rəqibin heyətində ehtiyat ediləsi futbolçu yoxdu. Düzdü, “Qəbələ” böyük klubdu və iddialılar sırasındadı. Buna baxmayaraq, biz də meydana uduzmaq üçün çıxmırıq. Azarkeşlərimizin önündə qələbə qazana bilərik. Qış hazırlığımız ürəyimizcə olmasa da, normal şəraitdə keçdi. Maddi durumumuza görə Bakıda qalası olduq. Amma bu, bəhanə olmamalıdı. “Qəbələ” ilə oyuna 3 xal üçün çıxacağıq” – deyə, Novruzov bildirib.

 

“Neftçi”yə keçidi alınmadığından, “Bakı”da qalan 22 yaşlı hücumçu ən azı yaya kimi “zolaqlılar”ın formasını geyinəcək. Mövsümün sonunda hansı addımı atacağını isə Novruzov hələ müəyyənləşdirməyib: “Yaya kimi “Bakı”dayam. Fikrimi ancaq hazırkı komandamın çıxışına yönəldəcəm. Yayda nə olacağını isə zaman göstərəcək”.

 


Digər xəbərlər

Xəbər xətti