Cihan Özkara "Simurq"da - FOTO

14:04 30 Yanvar 2015

Transfer çalışmalarını davam etdirən "Simurq", daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb. İcarə əsasında mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq gənc futbolçumuz, "22" nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, Cihan Özkara müqavilə əsasında "Sivasspor"a məxsusdur. Son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub. Xatırladaq ki, Zaqatala təmsilçisi transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq. 

 


Digər xəbərlər

Xəbər xətti