Frank Riberi : "Karyeramı ya ABŞ, ya da BƏƏ-də davam etdirəcəm"

Sportarena.az      30 Yanvar 2015 , 17:00

Fransa millsinin və "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi gələcək karyerasıyla bağlı danışıb.

Sportarena.az xəbər verir ki, fransız futbolçu hazırkı komandası "Bavariya"nın onun karyerasındakı sonuncu Avropa klubu olacağını deyib:

"Bundan sonrakı karyeramda hansı addımlar atacağımı müəyyənləşdirmişəm. "Bavariya"ya hörmət əlaməti olaraq, bu komandadan ayrıldıqdan sonra heç bir Avropa klubunda oynamayacam. "Bavariya"dan sonra karyeramı Amerika Birləşmiş Ştatlarında və ya Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcəm".

31 yaşlı futbolçu 2007-ci ildən şərəfini qoruduğu "Bavariya"da 292 oyun keçirib 100 qola imza atıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin