Bu gün AFFA-nın inzibati binasında AFFA-nın Məşqçilər Komitəsinin üzvləri iki klubun nümayəndələri ilə görüş keçirib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə "Bakı” FK-nın icraçı direktoru Yaşar Seyidov və baş məşqçi İbrahim Uzunca ilə görüşən komitə üzvləri ardınca "Qaradağ-Lökbatan” klubunun prezidenti Tahir Mustafayev və baş məşqçi Əfqan Talıbovla fikir mübadiləsi aparıblar.