Azərbaycan Premyer-liqasının autsayderlərindən biri “Sumqayıt” problemlə üzləşib.
Sportarena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi oyunçu çatışmazlığından əziyyət çəkir.
Baş məşqçi Aqil Məmmədov kadr azlığının çətinliyi ilə elə mövsümün ikinci yarısının ilk turunda üzləşib. Belə ki, çalışdırıcı oyunun protokoluna 18 deyil, 16 oyunçunun adını daxil edib.
Məmmədov hətta 16 oyunçunu yığmaq üçün də son günlərdə transfer olunan yeniləri – Pərdis Fərcad-Azad və Mikayıl Rəhimovu, bir gün əvvəl əvəzedicilərin heyətində qol vuran Murad Ağayevi də heyətə daxil edib. Görünür, lazımi transferlərin edilməməsi zədəli və cəzalı olanların yoxluğunu artıq indidən hiss etdirməyə başlayıb.