Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Azərbaycan Premyer Liqasının XIX turunda izləyəcəyi oyunlar müəyyənləşib.
Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün start götürüb, 3 gün davam edəcək turun iki oyununu izləyəcək.
46 yaşlı çalışdırıcı hazırda davam edən “İnter” – “Sumqayıt” qarşılaşmasını stadiondan izləyir. Sabah isə Prosineçki AZAL və “Neftçi” arasında paytaxt derbisinə şahid olacaq.
Qeyd edək ki, turun digər iki oyunu fevralın 1-də keçiriləcək. Həmin qarşılaşmalarında “Bakı” “Qəbələ, “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək.