"Beşiktaş" hücumçusu ilə müqaviləni uzatdı

18:15 30 Yanvar 2015

Türkiyənin "Beşiktaş" klubu hücumçusu ilə yeni müqavilə imzalayıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Mustafa Pekdemeklə olan müqaviləni yeniləyib. Hücumçu yeni razılığa əsasən 2018-2019 sezonun sonuna qədər İstanbul təmsilçisində çıxış edəcək.

Mustafa ilə yanaşı Veli Kavlak, Cenk Gönen, Ersan Adem Gülüm və Atınç Nukanla da müqavilənin müddəti uzadılıb. Bu futbolçuların hər biri ilə dörd illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə superliqasında hazırda 38 xalla ikinci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti