Kaxaber Sxadadze: ""Gözə gəldik"

18:55 30 Yanvar 2015

“Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də mətbuat komanda barədə çox danışdı. Belə demək mümkünsə, gözə gəldik”.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Kaxaber Sxadadze deyib.

Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində bu gün keçirilən “İnter” – “Sumqayıt” matçını (0:0) dəyərləndirən Sxadadze komandasının qaçırdığı penalti epizoduna toxunub: “Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidi. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm”.

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovun isə oyunla bağlı fikirləri belə olub: “İnter” bizim üçün həmişə çətin rəqib olub. Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə əldə edə bilməsək də, 1 xal qazandıq. Hücumda zəif deyildik. Sadəcə, “İnter” boşluqlar yaratmadı”.

 


Digər xəbərlər

Xəbər xətti