Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı start götürüb.
Sportarena.az xəbər verir ki, bu yarışda “Zirvə” İdman Klubu da geniş heyətlə iştirak edir. Çempionatda kişilər 8, qadınlar isə 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparırlar.
Bu turnir qarşıdakı beynəlxalq yarışlar üçün seçim xarakteri də daşıyır. Ağır atletika üzrə Azərbaycan çempionatı yanvarın 31-dək davam edəcək.