Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu məşqinə çıxıb. Sportarena.az klubun rəsmi saytına istinadənx’b’r verir ki, hava şəraitinin yağmurlu olmasına baxmayaraq ,komandanın axşam məşqi baş tutub.
İsinmə hərəkətlərinin ardından 3 qrupda “kvadrat” oynayan futbolçular daha sonra məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.
Qeyd edək ki, "Qarabağ" sabah sonuncu yoxlama oyununda Ruminiya təmsilçisi "Targu-Mureş"lə qarşılaşacaq . Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və Ağdam klubunun rəsmi "Youtube" kanalı vasitəsi ilə canlı yayımlanacaq.