"Xəzər-Lənkəran"lı qol vurdu, "Neftçi" azarkeşləri alqışladı

00:49 31 Yanvar 2015

“Xəzər Lənkəran”ın yanvarın 30-da keçirdiyi məşqin sonunda maraqlı bir hadisə yaşanıb.

Sportarena.az 12cioyuncu.info-ya istinadən xəbər verir ki, komandamızın hazırlıq keçdiyi arenada “Neftçi”nin bir neçə aşağı yaş qrupları da olub. “Xəzər Lənkəran”ın məşqi bitər-bitməz “Neftçi”nin qapıçılarla çalışan məşqçisi Hüseyn Məhəmmədov qapıda dayanaraq “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynovu səsləyib ona penalti vurmasını istəyib. “Ağ-yaşıl” rəsmisi də dərhal razılaşıb. Zərbə anında Hüseyn Məhəmmədov ətrafdakıların diqqətini çəkəcək qədər nümayişkanə şəkildə əynindəki formanın sinəsində olan “Neftçi” loqosunu göstərərək“vura bilməzsən” desə də Yunis Hüseynov amansız zərbə ilə topu qapıdan keçirib. Klubumuzun idman direktoru qolu vurduqdan sonra “Xəzər Lənkəran”ın gerbini göstərərək “Gördünmü” deyib. Bunu izləyən “Neftçi”nin aşağı yaş qruplarının üzvlərindən bir neçəsi özlərindən asılı olmayaraq gözəl qolu və yerində edilən jesti alqışlayıblar.


Digər xəbərlər

Xəbər xətti