Premyer Liqada olduğu kimi, 1-ci divizionda da klublar çempionatın ikinci hissəsinə hazırlaşırlar.
Sportarena.az xəbər verir ki, “Şəmkir” heyətini MOİK-in futbolçusu ilə gücləndirib. Hərbçilərin kapitanı Orxan Müzəffərli mövsümün sonuna qədər “Şəmkir”in şərəfini qoruyacaq.
Qeyd edək ki, “Şəmkir” 15 oyundan sonra 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.