Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının daha 1 oyunu təxirə salınıb.
Sportarena.az xəbər verir ki, sabah XII tur çərçivəsində baş tutmalı olan “Telekom” – “Rabitə” qarşılaşması keçirilməyəcək.
Texniki səbəblərdən təxirə salınan oyunun nə vaxt baş tutacağı bugünlərdə dəqiqləşəcək.
Qeyd edək ki, XI turda “Azəryol” – “Lokomotiv” oyunu da qeyri-müəyyən vaxta kimi təxirə salınmışdı.