"Qarabağ" son oyunda sülh bağladı

21:19 31 Yanvar 2015

Antalyada qış təlim-məşq toplanışında olan “Qarabağ” bu gün  sonuncu yoxlama matçına çıxacaq.

Sportarena.az xəbər verir ki, Ağdam klubunun rəqibi Ruminiya təmsilçisi “Targu-Mureş” olacaq.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri 2 heç-heçə etdiyi Türkiyədə daha 4 oyunda qüvvəsini sınayıb. Polşa “Legiya”sına 2:0 hesabı ilə qalib gələn “Qarabağ” Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan təmsilçisi “Levski”yə 0:3 hesabı ilə məğlub olub. Rusiya Premyer Liqasında mübarizə aparan “Mordoviya” ilə görüşdə isə qalib müəyyənləşməyib - 0:0.

 

 

31 yanvar

 

19:30 “QARABAĞ” (AZƏRBAYCAN) – “TARGU-MUREŞ” (RUMINİYA) 0:0 (oyun bitdi)

 

65, Ansi Aqolli(qırmızı vərəqə)

 


Digər xəbərlər

Xəbər xətti