"Çelsi"nin üzvü Sezar Aspilikueta bu gün keçiriləcək "Çelsi" - "Mançester Siti" oyunu barədə açıqlma verib. Müdafiəçi "mavilər"in keçmiş futbolçusu Frenk Lempardın "Stemford Bric"ə "Siti"nin oyunçusu kimi gəlməsinə də fikrini bildirib.
Sportarena.az xəbər verir ki, o, azarkeşlərin Lempardı əfsanə kimi qarşılayacağını bildirib:
"Lempard "Çelsi"nin əfsanəsidir. "Stemford Bric" onu əfsanə kimi qarşılayacaq. Təbii ki, Frenki digər komandanın formasında görmək qeyri-adi olacaq. Amma o, peşəkardır. Şərəfini qoruduğu komandanın qələbə qazanmasına çalışacaq.
"Mançester Siti"ylə oyunlar həmişə ağır keçir. Biz bilirik ki, rəqibdən asılı olmayaraq, hər oyunda qələbə qazanmalıyıq. Prinsipial rəqiblə oyunun əhəmiyyəti isə olduqca böyükdür".
Məlumat üçün bildirək ki, Lempard 13 il "Çelsi"nin şərəfini qoruyub. O, 429 oyunda 147 qol vurub.
Hazırda Lempart “Mançester Siti”də icarə əsasında oynayır. O, 2014-də çıxış edən 15 oyunda 5 qol vurub.