Avstraliya Asiya kubokunun qalibi oldu - VİDEO

17:40 31 Yanvar 2015

Avstraliya milli komandası tarixində ilk dəfə futbol üzrə Asiya Kubokunun qalibi olub.

Sportarena.az xəbər verir ki, baş məşqçi Angelos Postekoğlunun komandası finalda Cənubi Koreya yığması əlavə vaxtda məğlub edib - 2:1. 

Sidneydəki Avstraliya stadionunda baş tutan matçda hesabı 45-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Massimo Luonqo açıb. Oyunun uzatma dəqiqələrində koreyalı Son Xın Min bərabərlik qolunu vuraraq, qarşılaşmanı overtayma uzadıb. Əlavə vaxtın ilk bölümünün sonunda - 105-ci dəqiqədə Ceyms Troisi qələbə topuna imza atıb. Bu komandaların qrup mərhələsindəki görüşündə Cənubi Koreya qalib gəlmişdi - 1:0. 

Qeyd edək ki, Avstraliya yığması 2011-ci ildə Qətərdə keçirilmiş Asiya Kubokunun finalında Yaponiyaya 0:1 hesabı ilə uduzmuşdu. Avstraliya Futbol Federasiyası 2006-cı ildən Asiya Futbol Konfederasiyasının üzvüdür. 

 

 

 


Xəbər xətti