18-cu tur çərçivəsində fevralın 1-də səfərdə "Simurq"un qonağı olacaq "Xəzər Lənkəran" bu oyuna ciddi itkilərlə çıxacaq.
Sportaren.az xəbər verir ki, baş məşqçi Elbrus Məmmədov İlqar Ələkbərov və Ruslan Cəfərovun xidmətindən istifadə edə bilməyəcək.
Səbəb hər iki futbolçunun zədəli olmasıdır.