Millimizin üzvü oynadı, komandası məğlub oldu

19:01 31 Yanvar 2015

Türkiyə PTT 1-ci liqasında 18-ci turun oyunları keçirilir. 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə "Alanyaspor"la qarşılaşıb. 

Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Subaşic görüşün 64-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Manisaspor" turnir cədvəlində 17 xalla 16-cı pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti