Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.
Komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə meydanda olub. Millimizin müdafiəçisi 53-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 26 xalla 7-ci pillədə qərarlaşıb.