"Qəbələ" səfərdə qələbə qazandı - YENİLƏNİB

15:53 1 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına yekun vurulacaq.

Sportarena.az xəbər verir ki, turun son matç günü paytaxtda başlayacaq.

Belə ki, “Qəbələ” autsayder “Bakı”nın qonağı olacaq. Yeni baş məşqçisi Roman Qriqorçukla ölkə çempionatında ilk oyununa çıxacaq “qırmızı-qaralar” turnir cədvəlində 1 pillə irəliləmək üçün paytaxtdan 3 xalla ayrılmaq niyyətindədi.

Turun son matçı isə Zaqatalada baş tutacaq. Orta sıralarda qərarlaşan “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək. Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən hər iki komanda qalib gəlmək arzusundadı.

Qeyd edək ki, açılış matçında “İnter” “Sumqayıt”la qolsuz heç-heçə edib, AZAL “Neftçi”yə qalib gəlib – 2:1. Lider “Qarabağ” isə istirahət edir.

 

Azərbaycan Premyer Liqası

XIX tur

01 fevral (bazar)

14:00.  “Bakı” – “Qəbələ” 0:2 (Oyun bitdi)

Qollar: 56, Cavid Hüseynov(P); 86, Viktor Mendi
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rza Məmmədov, Ramil Əhmədov

İlk 2 dövrədəki oyunlar: 0:2, 1:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 


Digər xəbərlər

Xəbər xətti