Bu gün Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, turun son matç günü paytaxtda başlayacaq.
Belə ki, “Qəbələ” autsayder “Bakı”nın qonağı olacaq. Yeni baş məşqçisi Roman Qriqorçukla ölkə çempionatında ilk oyununa çıxacaq “qırmızı-qaralar” turnir cədvəlində 1 pillə irəliləmək üçün paytaxtdan 3 xalla ayrılmaq niyyətindədi.
Turun son matçı isə Zaqatalada baş tutacaq. Orta sıralarda qərarlaşan “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək. Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən hər iki komanda qalib gəlmək arzusundadı.
Qeyd edək ki, açılış matçında “İnter” “Sumqayıt”la qolsuz heç-heçə edib, AZAL “Neftçi”yə qalib gəlib – 2:1. Lider “Qarabağ” isə istirahət edir.
Azərbaycan Premyer Liqası
XIX tur
01 fevral (bazar)
17:00. “Simurq” – “Xəzər Lənkəran” 2:0 (oyun bitdi)
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov
Qol: 53, Elnur Abdullayev; 62, Rəşad Eyyubov
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
Zaqatala şəhər stadionu