UEFA-nın saytına müsahibə verdi: "Azərbaycanda futbolun səviyyəsi doğurdan da, yaxşıdır"

13:47 1 Fevral 2015

"Qəbələ" klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçuk UEFA-nın rəsmi saytına müsahibə verib.

Sportarena.az xəbər verir ki, o, klub rəhbərliyinin baxımlı hücum futbolu görmək arzusunda olduğunu bildirib.

"Klub rəhbərliyi, başda prezident Taleh Heydərov olmaqla nəticə gətirəcək və azarkeşləri sevindirəcək baxımlı hücum futbolu görmək istəyir. Biz öz oyunumuzla stadiona daha çox insan cəlb etməliyik. Sevindirici haldır ki, bu tələb mənim fikirlərimlə üst-üstə düşür. Qarşımıza qoyulan vəzifə, əlbəttə ki, çətindir, lakin biz gərgin rejimdə işləyirik və artıq müəyyən addımlar atmışıq. Düşünürəm ki, düzgün yoldayıq", - deyə o bildirib.

Azərbaycan futbolunun səviyyəsi ukraynalı məşqçini təəccübləndirməyib.

"Yerli infrastrukturla daha yaxından tanış olduqca, nələrəsə daha az təəccüblənirəm. Səviyyə doğurdan da, yaxşıdır. Ümumiyyətlə hazırki dövrdə əməli olaraq hamı futbol oynamağı öyrənib. İdman bütün ölkələrdə inkişaf edir və Azərbaycan buna bariz nümunədir".


Digər xəbərlər

Xəbər xətti