"Palermo"nun prezidenti Maurisio Zamparini Esekiel Munyosun "Milan"a keçməyi ilə bağlı dolaşan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Futbolda murdar adamlar çoxdur. Bir neçə gün əvvəl Qalliani mənə zəng edib incidiyini söylədi , sonra isə Munyosu istədi. Onların son dəqiqəyə qədər gözləyib biraz da qiyməti ucuzlaşdırmaq istəyəcəyini bilirəm, amma alınmayacaq. Ondansa mən Munyosu ehtiyat futbolçular arasında saxlayaram. Bu prinsip məsələsidir"