Köhnə "Xəzər-Lənkəran"lı Türkiyədə çıxış edə bilər

16:43 1 Fevral 2015

"Xəzər-Lənkəran"dan ayrılan yarımmüdafiəçi Qalin İvanov özünə yeni komanda tapıb. 

Sportarena.az xəbər verir ki, 26 yaşlı bolqar futbolçu Türkiyənin "Samsunspor" klubu ilə razılığa gəlib. 

Futbolçunun bugün Samsun təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Qalin İvanov "Xəzər-Lənkəran"ın heyətində 15 oyuna çıxıb, 5 qol vurmağı bacarmışdı.

 


Digər xəbərlər

Xəbər xətti