İbrahim Uzunca: "Ümumi oyundan razıyam"

16:47 1 Fevral 2015

Azərbaycan  Premyer Liqasının XIX turu “Bakı” üçün uğursuz alındı. Paytaxt klubu doğma meydançasında “Qəbələ” 0-2 hesabı ilə uduzdu.

Sportarena.az pfl-in rəsmi saytına istinadən xəbər verir ki, “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca oyun haqqında fikirlərini bildirib:

“Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odur ki, penalti epizodlarında  bir az diqqətli olsunlar. Mən demirəm qapımımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindir. Amma ümumi oyundan razıyam. Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdır


Digər xəbərlər

Xəbər xətti