Roman Qriqorçuk: "Biz bunu araşdıracağıq"

16:53 1 Fevral 2015

 Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” səfərdə “Bakı”nı 2-0 hesabı ilə məğlub etdi.

Sportarena.az pfl-in rəsmi saytına istinadən xəbər verir ki, debüt oyununda qələbə qazanan yeni baş məşqçi Roman Qriqorçuk düşüncələrini bölüşüb:

“Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı. Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq. Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”.


Digər xəbərlər

Xəbər xətti