"Qəbələ"nin futbolçusundan tərbiyəsizlik: Azarkeşə təpik atdı

20:19 1 Fevral 2015

Premyer Liqanın XIX turunda bu gün keçirilən “Bakı” – “Qəbələ” matçından  (0:2) sonra xoşagəlməz hadisə yaşanıb.

Sportarena.az İdmanxeber.com-a istinadən xəbər verir ki, matçdan sonra meydan sahibi komandanın azarkeşləri ilə əyalət klubunun üzvü Cavid Hüseynov arasında insident baş verib.

"Bakı"dan "Qəbələ"yə keçən Hüseynov yerli azarkeşlərin birinə hətta təpik atıb.

Hadisənin iştirakçılarındna olan "zolaqlılar"ın fanatı Ramil Məmmədov idmanxəbər.com-a açıqlamasında qalmaqalı belə izah edib:

"Penalti vurulanda qapının arxasındaydıq. Cavid qol vurandan sonra təhqir edərcəsinə ikinci dəfə topu biz olan tərəfə vurdu. O, "Bakı"dan gedib "Qəbələ"yə, bu klubun çörəyini yeyib. Belə hərəkət etməyi bizi əsəbləşdirdi. Biz də cavabında əsəbi halda onu təhqir etdik.

Cavid künc zərbəsini yerinə yetirərkən bizi oyundan sonra söhbət etməyə çağırdı. Qarşılaşmadan sonra gəldi, söhbət etdiyimiz anda təpik atdı, polislər araya girdi, bizi ordan uzaqlaşdırdılar".


Digər xəbərlər

Xəbər xətti