SON DƏQİQƏ: "Bakı" klubu azarkeşə təpik atan futbolçu ilə bağlı bəyanat verdi

16:30 2 Fevral 2015

"Bakı" klubu Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ" ilə keçirdiyi matçın sonunda baş vermiş hadisə ilə bağlı bəyanat verib.

Sportarena.az xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Bakı” – “Qəbələ” matçından sonra xoşagəlməz hadisə baş verib. Qonaqların futbolçusu Cavid Hüseynovla “Bakı” azarkeşləri arasında mübahisə yaranıb.

“Bakı” Futbol Klubu bəyan edir ki, azarkeşlər ilə futbolçular arasında münasibətlərin bu həddə çatması yolverilməzdir və gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik.

Hər birimizin bir məqsədi olmalıdır – Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək".


Digər xəbərlər

Xəbər xətti