“Artıq “Kayserispor”la rəsmi müqavilə imzaladım”.
Sportarena.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında milli komandamızın qapıçısı Kamran Ağayev deyib.
"Qəbələ”dən ayrılan 29 yaşlı çərçivə qoruyucusu 6 aylıq müqaviləyə qol çəkdiyini qeyd edib: “Hələ ki, 6 aylıq rəsmi müqavilə imzaladım. İnanıram ki, hər şey burda yaxşı olacaq. Özümü sübut edəcəm. “Kayserispor” Türkiyənin köklü klublarındandır. Burda oynamaq təbii ki, mənim üçün yaxşıdır”.
“Adana Dəmirspor” rəsmilərinin Ağayevi ittiham etməsinə futbolçu belə cavab verib: “Bu məsələyə şərh vermək istəmirəm. Artıq yeni komandamı düşünürəm”.