Ərdoğan millimizin qapıçısını qınadı: "Qeyri-ciddi futbolçudu"

17:41 2 Fevral 2015

“Kamran Ağayevlə uzun müddət danışıq apardıq. Həqiqətən də, onu transfer etməyə çox yaxın idik”.

Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, Bu sözləri Türkiyənin “Adana Dəmirspor” klubunun təhlilçi-məşqçisi Səlçuk Ərdoğan deyib.

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevi transfer etmək istəyən “Adana Dəmirspor”un bu arzusu ürəyində qalıb. Halbuki, klubun icraçı-direktoru Samet Aybaba bir neçə gün öncə apasport.az-a verdiyi açıqlamada Kamranı heyətlərinə qatmaq üzrə olduqlarını demişdi.

Ərdoğanın sözlərinə görə, bu gün “Kayserispor”la müqavilə imzalayacaq Ağayevin Adana klubuna keçidinə menecerlər mane olub: “Dediyim kimi, Kamranla danışığımız yaxşı gedirdi. Hər məsələdə, həmçinin maddi cəhətdən də razılığa gəlmişdik. “Qəbələ” ilə müqaviləsini ləğv etdikdən sonra Türkiyəyə gəlib, bizim sözləşməyə qol çəkməli idi. Amma sonradan nəsə problem çıxdı. Menecerlər araya girdilər və onun “Adana Dəmirspor”a keçidinə mane oldular. Bütün bunlar Kamranın “Qəbələ”dən rəsmən ayrılmasından sonra baş verdi. Bizim üçün Kamran dəftəri bağlandı, çünki qeyri-ciddi futbolçudu”.

Gənc məşqçi yaxın gələcəkdə azərbaycanlı futbolçu alacaqlarını istisna etməyib: “Bizim klubun nümayəndələri Azərbaycan çempionatını yaxından izləyirlər. Planımızda azərbaycanlı futbolçuları transfer etmək var. Bu istəyimizi yayda həyata keçirə bilərik”.

 


Digər xəbərlər

Xəbər xətti