"Rəvan” heyətini yeni futbolçularla gücləndirib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu qış fasiləsində komandanın təlim-məşq toplanışında iştirak edən 5 oyunçu ilə rəsmi müqavilə bağlayıb.
Qapıçı Tural Abbaszadə (Zirə), müdafiəçilər Elvin Əliyevlə (Bakı) Məhərrəm Hüseynov (Simurq) və yarımmüdafiəçilər Kamal Mirzəyevlə (Qəbələ) Eşqin Quliyev (Araz Naxçıvan) 1,5 illik sözləşməyə imza atıblar.
Qeyd edək ki, yay fasiləsində "Sumqayıt”a icarəyə verilən Ceyhun Cavadov müqavilə ilə məxsus olduğu "Rəvan”a dönüb. Hazırda baş məşqçi Ramil Əliyevin sərəncamında olan gənc yarımmüdafiəçi ikinci dövrədə komandaya kömək edə biləcək.