FIFA prezidenti postuna 4 namizəd təsdiqlənib

18:55 2 Fevral 2015

FIFA prezidenti postuna namizədlərin yekun sayı açıqlanıb.

Sportarena.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə 4 iddiaçı qeydə alınıb. 

Onlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, Hollandiya Krallığının Futbol İttifaqının başçısı Mixael van Praq, habelə, 2001-ci ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top"un sahibi Luiş Fiqudur. 

Namizədlərinin hər birinin yoxlanışının nəticələrini aldıqdan sonra FIFA-nın seçki komissiyası onların təşkilatın əsasnaməsinə uyğun olub-olmadıqlarını yoxlamaqdan ötrü yenidən yığışacaq. Ardından seçki komissiyası FİFA prezidenti postu uğrunda mübarizə hüququ olan namizədləri rəsmən tanıyacaq və elan edəcək. 

Qeyd edək ki, seçki mayın 29-da İsveçrənin Sürix şəhərində FİFA Konqresi çərçivəsində keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti