Kamran Ağayev yeni klubunda - FOTO

18:15 2 Fevral 2015

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin yeni klubu “Kayserispor”da neçə nömrəli formanı geyinəcəyi müəyyənləşib.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı 36 nömrəli formanı seçib. Bu gün tibbi müayinədən keçən Ağayevin Türkiyə təmsilçisi ilə ilkin 6 aylıq müqavilə imzalayacağı ehtimal olunur.

Milli komandamızın üzvü baş məşqçinin etimadını qazansa, yayda sözləşməsinin müddəti daha 1 illiyinə uzadılacaq.  

 


Digər xəbərlər

Xəbər xətti